Proqram bütün aktiv Bolt sürücü və kuryerləri üçün açıqdır. Seçim motivasiya və iştirak fəallığına əsasən aparılır. Onlayn sessiyalarda iştirak öhdəliyi və sadə bir imtahan nəticəsində final mərhələsinə keçid mümkündür.

SÜRÜCÜLÜK
Hal-hazırda Bolt platformasında aktiv sürücü və ya kuryer olmaq

İŞTİRAK
Onlayn təlimlərdə iştirak etməyə hazır olmaq

MOTİVASİYA
Yeni şeylər öyrənmək, real iş qurmaq və bunun üçün vaxt ayırmaq istəyi

BİZNES İDEYASI
Yenilikçi və faydalı bir biznes ideyasına sahib olmaq və ya bu ideyanı inkişaf etdirmək istəyi
Onlayn biznes bacarıqları təlimi:
8 HƏFTƏ
Final inkişaf dövrü:
4 HƏFTƏ
120 sürücü arasından seçilən 20 nəfər final mərhələsinə keçərək öz prototiplərini hazırlayacaq və qaliblər 36,500 AZN-lik maliyyə dəstəyi imkanı əldə edəcək.
Hər həftə fərqli mövzu üzrə peşəkar təlimçi ilə interaktiv dərs keçiriləcək.
Mentorlar: texniki (proqramlaşdırma biliklərinə ehtiyac olmadan) və biznes üzrə hər bir iştirakçıya həftədə 1:1 sessiyalar verilir.
1-Cİ YER (1NƏFƏR)
10000 AZN
2-Cİ YER (1NƏFƏR)
7000 AZN
3-CÜ YER (3nəfər)
4500 AZN
4-CÜ YER (2nəfər)
3000 AZN

